"İsveç və Finlandiyanın NATO üzvlüyü Şimali Avropanın sabitliyinə təhdiddir"

"İsveç və Finlandiyanın NATO üzvlüyü Şimali Avropanın sabitliyinə təhdiddir"
  15 Aprel 2022    Oxunub:1065
İsveç və Finlandiyanın NATO-ya daxil olması Avropanın şimalındakı sabitliyi mənfi nəticələrlə təhdid edir. AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
- Heç kimə sirr deyil ki, bu ölkələrin əraziləri uzun müddətdir NATO-nun təsiri altına düşüb, irimiqyaslı hərbi təlimlər keçirilib. Bu alyansa nə üçün lazımdır? Bu başa düşüləndir. Məqsəd hərbi potensialın artırılması və coğrafi ekspansiyanı davam etdirmək. Rusiyaya təhdidlər üçün daha bir cinah yaratmaq. Buna görə də bizim Finlandiya və İsveç qonşularımızın Baltikyanı regionda NATO bloku ilə Rusiya arasında yeni qarşıdurma sərhədinə çevrilməsi aydın deyil. Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələr göz qabağındadır, - Zaxarova deyib.

Bundan başqa, XİN rəsmisi bu ölkələrin NATO-ya üzvlüyünün onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında olmadığını vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti