“Qonşularla ünsiyyət qurmalıyıq” - Erməni nazir

   “Qonşularla ünsiyyət qurmalıyıq” -    Erməni nazir
  15 Aprel 2022    Oxunub:943
Sərhədyanı kəndlərdə qonşu dövlətlərin dilləri tədris olunmalıdır ki, onlarla ünsiyyəti sadələşdirək. AzVision.az xəbər verir ki, bunu Ermənistanın elm, təhsil, idman və mədəniyyət naziri Vəhram Dumanyan keçirdiyi brifinqdə deyib.
Eyni zamanda o fikirlərinə bunu da əlavə edib ki, erməni uşaqlarına qonşu ölkələrin dilinin öyrədilməsinə başlamaq ideyası bütün erməni məktəblərinə yayılmayacaq. Proses Gürcüstanla həmsərhəd olan icmalardan başlayacaq. Lakin kadr çatışmazlığı olduğundan bunu etmək hələ asan deyil.

- Məqsəd aydındır - xüsusən də Gürcüstanla sərhəddə ünsiyyəti asanlaşdırmaq, mehriban qonşuluq münasibətləri qurmaq. Ola bilsin ki, biz bunu fars dilinə də tətbiq etdik. Qonşularımızla ünsiyyət saxlamalıyıq, təcrid vəziyyəti heç kimi yaxşı vəziyyətə gətirib çıxarmayacaq, - nazir deyib.

Erməni mediası iddia edir ki, Azərbaycan dilinin də tədris olunması istisna edilmir.

"Xatırladaq ki, bir müddət əvvəl nazir müavini Janna Andreasyan demişdi ki, indi bütün erməni məktəblərində 2-ci sinifdən başlayaraq rus dili, eləcə də istənilən digər xarici dil (ingilis, fransız və ya alman) tədris olunur. Hazırda məktəblər üçüncü dili də seçə biləcəklər. Xüsusilə, region ölkələrinin dillərinə diqqət yetiriləcək. Söhbət bütün qonşu ölkələrdən - İran, Azərbaycan, Gürcüstan və Türkiyədən gedir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təhsil   Ermənistan   Nazir  



Xəbər lenti