Lavrov Mirzoyanla sülh müqaviləsini müzakirə edib

   Lavrov Mirzoyanla sülh müqaviləsini müzakirə edib
  15 Aprel 2022    Oxunub:872
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
AzVision.az Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, Lavrov Mirzoyanla Rusiyanın yardımı ilə Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərini müzakirə edib.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar, regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistanın sərhədlərinin delimitasiyası üzrə gələcək addımlara vurğu edilib. Rusiyanın yardımı ilə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə də toxunulub.

AzVision.az



Teqlər: Lavrov   Ermənistan  



Xəbər lenti