"Alliqator" helikopteri ekipajla birgə külə döndərilib - FOTOLAR

   "Alliqator" helikopteri ekipajla birgə külə döndərilib -    FOTOLAR
  15 Aprel 2022    Oxunub:1272
Ukraynanın 93-cü əlahiddə mexanikləşdirilmiş briqadasının “Xolodnıy Yar” bölmələrindən biri ötən gecə Ka-52 “Alliqator” döyüş helikopterini vurub. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, helikopter vurulan zamanı pilotlar da ölüb.
Rusiya Ermənistandakı helikopterlərini havaya qaldırdı
"Hərbi texnikanın vurulması ilə bağlı məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi sosial şəbəkələrdə paylaşıb. Helikopter əvvəlcə təcili eniş edib, sonra isə onu bütün ekipajla birlikdə tamamilə məhv ediblər. Yayılan fotoda helikopterdən qalan dağılmış hissələri, döyüş sursatı, gövdənin parçalarını və s. qalıqları aşkar görünür", - məqalədə yazılıb.

"Əlbəttə bu "Moskva" kreyseri deyil, amma Ukrayna əsgərləri Rusiya Federasiyasının büdcəsindən daha 15 milyon ABŞ dollarını beləcə məhv ediblər. Bu, yalnız texnikanın qiymətidir, həmçinin pilotlara çəkilən təlim xərclər, onların yaxınlarına ödəniləcək kompensasiyalar və s. də var", - mətbuat xidmətinin məlumatında deyilir.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Helikopter  



Xəbər lenti