"Putin nüvəni harasa atmaq istəyir" - Arestoviç

   "Putin nüvəni harasa atmaq istəyir" -    Arestoviç
  15 Aprel 2022    Oxunub:1578
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə ehtimalını şərh edib.
AzVision.az xəbər verir ki, o, Kreml rəhbərinin son çarə kimi nüvəyə əl atacağını proqnozlaşdırıb.

- Düşünürəm ki, uşaq (Putin - red.) onsuz da haradasa taktiki nüvə silahından istifadə etmək istəyir. Ən azı belə təhlükələ var, - Arestoviç deyib.

Onun sözlərinə görə, Ukrayna ilə müharibədə məğlubiyyətin real imkanlarını dəyərləndirən Rusiya prezidenti son çarə kimi nüvə silahından istifadə edə bilər.
Ukrayna rəsmisi əminliyini ifadə edib ki, dünya Vladimir Putinə belə bir addımı bağışlamayacaq.

- Taktiki nüvə silahları ilə atəş açdılar. Sonra nə olacaq? Onlar cavab atəşi açacaqlar və ya Vladimir Vladimiroviçin öhdəsindən gələ bilməyəcəyi gücləri işə salacaqlar.

O qeyd edib ki, belə silahlardan istifadə edilərsə, Çin cavab üçün Qərb ölkələri, Hindistan və digər dövlətlərlə əməkdaşlıq edəcək.

Arestoviç Putinin aradan götürülməsinin mümkünlüyünü real sayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti