Ukraynanın şərqində 10 nəfər öldü

Ukraynanın şərqində 10 nəfər öldü
  16 Aprel 2014    Oxunub:1038
Kramatorsk aerodromu indi də rusiyameyllilərin əlinə keçib. Bir müddət əvvəl yeni hökumət qüvvələri obyekti federallaşma tərəfdarlarının əlindən ala bilmişdilər.

Ukraynanın şərqində Kramatorsk yaxınlığında yerləşən hərbi aerodrom uğrunda mübarizə davam edir. Belə ki, bu gün, aprelin 16-da mitinqçilər aeroportun bütün çıxışlarını bağlayıblar. Onlar aerodromun ətrafına rezin təkərlərdən sədd çəkiblər. Soyuqdan qorunmaq üçün ocaq qalayaraq bütün gecəni orada növbə çəkirlər.

Xatırladaq ki, aprelin 15-də yeni hökumətin tərfdarları etrirazçıları sıxışdırıb çıxararaq Kramatorsk aerodromunu ələ keçirmişdilər. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlarda DİN-in xüsusi təyinatlıları, “Omeqa” və “Alfa” xüsusi bölmələri iştirak ediblər.

Daxili İşlər Nazirliyi hökumət qüvvələri arasında ölən və ya xəsarət olmadığını bildirsə də, xüsusi əməliyyatlar etirazçılar arasında qurbanlara səbəb olub. Müxtəlif mənbələrdən verilən məlumatlara görə, azı 10- rusiyameylli ölüb.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti