Ukraynadan üzücü xəbər: Xeyli sayda ölən var

   Ukraynadan üzücü xəbər:    Xeyli sayda ölən var
  15 Aprel 2022    Oxunub:1129
Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.

AzVision.az



Teqlər:



Xəbər lenti