"Moskva son çarə kimi nüvə ata bilər" - Ukrayna DİN

   "Moskva son çarə kimi nüvə ata bilər" -    Ukrayna DİN
  16 Aprel 2022    Oxunub:1060
Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko son günlərin gündəminə çevrilmiş nüvə hücumu ehtimalından danışıb. AzVision.az xəbər verir ki, o, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi ilə bağlı iddialar aydınlıq gətirərkən bir sıra maraqlı fikirlər səsləndirib.
- Hazırda hər hansı nüvə zərbəsindən söhbət gedə bilməz. Biz bunu nəzəri cəhətdən istisna edə bilərikmi? Xeyr, təəssüf ki, edə bilmərik, lakin ehtimal olduqca aşağıdır, - Ukrayna rəsmisi deyib.

Daxili işlər nazirinin müşaviri qeyd edib ki, Rusiya Federasiyası nüvə silahından yalnız son çarə kimi istifadə edə bilər. Çünki bu hadisə baş verərərsə, Ukraynaya genişmiqyaslı hücumdan sonra Moskvanın yanında qalan ən yaxın müttəfiqlər, xüsusən də Çin, Hindistan, Belarus da Rusiyadan uzaqlaşa bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Nüvə  



Xəbər lenti