Mühasirədə qalan ukraynalılar aclıqla üzləşiblər - BMT
Ümumdünya Ərzaq Proqramının məlumatına görə, müharibə başlayandan bəri 1,4 milyon ukraynalı artıq ərzaq yardımını alıb. Bu rəqəmin aprelin sonuna qədər 2,3 milyona çatdırılması hədəflənib. Lakin bunun üçün, xüsusən də hazırda ciddi ehtiyacla üzləşən 100 min insanın qaldığı Mariupola giriş etmək lazımdır.
Ərzaq problemini çətinləşdirən odur ki, 7 milyondan çox ukraynalı müharibə səbəbindən ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb və bunun özü də normal logistikanın pozulmasına gətirib çıxarıb. Ümumdünya Ərzaq proqramının rəhbərləri hesab edirlər ki, onların təxminən 60%-i özlərini ərzaqla təmin edə bilməyəcəklər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


