Rusiya səfiri həmsədrlərin gələcəyi ilə bağlı suala cavab vermədi
Səfirin sözlərinə görə, Qərb ölkələrinin bu məsələdə mövqeyi Rusiyanın iştirakı olan digər beynəlxalq formatlara yanaşmaya bənzəyir.
- Bu yanaşma əlbəttə ki, təəssüf doğurur. Çox təəssüf ki, bu halda region ölkələrinin sülh və təhlükəsizlik maraqları geosiyasi və digər ambisiyalara qurban verilir, - səfir vurğulayıb.
"Bu formatın gələcəyi varmı?" sualına isə Rusiya səfiri onun işinə mane olanlardan soruşmağı təklif edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


