DİM sədri tənqidlərə cavab verib

   DİM sədri tənqidlərə cavab verib
  16 Aprel 2022    Oxunub:828
“Bəzən bizi qınayırlar. Biz bütün tənqidləri araşdırırıq. Çox zaman da məlum olur ki, bu qınaqların əsası yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, çünki statistikalar bunu deməyə əsas verir:

“5900 nəfər apelyasiya ərizəsi yazıb. Baxın, 67 min imtahan veribsə və onlardan narazı qalanların sayı 5900 nəfərdirsə, bu heç 10% belə eləmir. Apelyasiya verənlərin arasında elə insanlar var ki, onlar ümumiyyətlə işlərini açıb baxmayıblar və yaxud da apelyasiya qaydalarına uyğun müraciət etməyiblər”, - Məleykə Abbaszadə qeyd edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti