"Berlin də Ukraynada intensiv hərbi-bioloji fəaliyyət göstərib" - Zaxarova

   "Berlin də Ukraynada intensiv hərbi-bioloji fəaliyyət göstərib" -    Zaxarova
  16 Aprel 2022    Oxunub:904
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynadakı biolaboratoriyalardan danışıb.
AzVision.az xəbər verir ki, o, uzun illər Almaniyanın da ABŞ ilə birgə Ukraynada intensiv hərbi-bioloji fəaliyyət göstərdiyini iddia edib.

O həmçinin deyib ki, Moskva Almaniya rəsmilərini Rusiya Silahlı Qüvvələrinin guya beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə etmək niyyətinin olması ilə bağlı yalan, uydurma məlumatlar yaymalarını dərhal dayandırmağa çağırır.

- Bu cür bəyanatlar yalnız Ukrayna "neonasist" batalyonlarını dəhşətli təxribatlar törətməyə sövq edə bilər. Bunun faciəvi nəticələrinə görə mənəvi məsuliyyət Berlinin üzərinə düşəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti