Rumıniya Rusiya bayrağı ilə üzən gəmiləri limanlarına buraxmayacaq
“17 aprel 2022-ci il saat 00.00-dan Rusiya bayrağı altında qeydiyyatdan keçmiş hər hansı gəminin, o cümlədən Rusiya bayrağını başqa dövlətin bayrağına dəyişdirmiş gəmilərin Rumıniya limanlarına daxil olması qadağandır”, - məlumatda deyilir.
Bildirilir ki, istisna olaraq gəminin köməyə ehtiyacı olduğu və sığınacaq yeri axtardığı, təhlükəsizlik səbəbi ilə yaxud da insanların həyatını xilas etmək üçün limanda təcili dayanmağa ehtiyacı yarandığı təqdirdə bu qadağalar işləməyəcək.
Qeyd edək ki, dünən Belçika da Rusiya gəmilərinə qarşı oxşar tədbirləri elan edilmişdi.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


