Dörd ölkədən Ukraynaya xilasedicilər gəldi - VİDEO

   Dörd ölkədən Ukraynaya xilasedicilər gəldi -    VİDEO
  16 Aprel 2022    Oxunub:1226
ABŞ, Avstraliya, Almaniya, Polşadan olan peşəkar yanğınsöndürənlər və xilasedicilər Ukraynaya gəliblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilir ki, onlar artıq fəaliyyətə başlayıblar.
"Onlar işğaldan azad edilmiş şəhər və kəndlərdə Rusiya ilə müharibənin nəticələrinin aradan qaldırılmasında ukraynalı həmkarlarına kömək etmək üçün Ukraynaya gəliblər. Bu gündən etibarən Kiyev vilayətinin Borodyanka kəndində işə başlayıblar.

Qeyd edək ki, Kiyev vilayət polis idarəsinin məlumatına görə, vilayətdə 1875 binaya ciddi ziyan dəyib və ya dağıdılıb. 28 çoxmərtəbəli bina, 441 şəxsi mülk, 8 təhsil müəssisəsi, 4 səhiyyə, 8 mədəniyyət və 2 idman müəssisəsi tamamilə dağıdılaraq bərpaolunmaz hala gəlib.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti