Ukraynada peyklə 824 yeni məzar aşkarladılar - FOTO

   Ukraynada peyklə    824 yeni məzar    aşkarladılar -    FOTO
  16 Aprel 2022    Oxunub:1150
Fevralın 28-dən aprelin 15-dək Xerson şəhər qəbiristanlığında 800-dən çox yeni qəbir qazılıb. AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri Londonda yerləşən İnsan Hüquqları Təşkilatı İnformasiya Davamlılığı Mərkəzinə (CIR) istinadən yayıb.
Mərkəz Rusiyanın işğalı altında olan ərazilərdə, eləcə də Rusiya ordusuna yaxın olan rayonlarda bir sıra qəbir və qəbiristanlıqlara nəzarət edir.

Fevralın 28-dən aprelin 15-dək "Planet Lab" təşkilatının peykdən əldə etdiyi görüntülərə əsasən Xersonun kənarında, hava limanının şərqində yerləşən qəbiristanlıqda ən azı 824 yeni məzar peyda olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti