"Rusiyaya qarşı sanksiyalar effekt vermir" - Laanet

   "Rusiyaya qarşı sanksiyalar effekt vermir" -     Laanet
  16 Aprel 2022    Oxunub:1028
Estoniyanın müdafiə naziri Kalle Laanet Rusiyaya qarşı tətbiq olumuş iqtisadi sanksiyaların hələ də təsir göstərmədiyini deyib. O, qadağaların sərtləşdirilməsinin vacibliyini vurğulayıb.
- Sanksiyaların qüvvəyə minməsi üçün vaxt lazımdır. Hələlik, nisbətən qısa müddət keçib. Ona görə də biz arzuolunan nəticələri görmürük. Amma hələ də sanksiyaları daha da sərtləşdirmək, məsələn, nefti və qazı boykot etmək imkanlarımız var, - nazir "Handelsblatt" qəzetinə müsahibəsində deyib. O, Avropanın rus neft-qazının idxalı ilə Moskvanın Ukraynadakı xüsusi əməliyyatlarını "maliyyələşdirdiyi" fikrində olduğunu bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti