"İsveçlə Finlandiya təcili NATO-ya üzv olmalıdır" - Nauseda

   "İsveçlə Finlandiya təcili NATO-ya üzv olmalıdır" -    Nauseda
  16 Aprel 2022    Oxunub:733
Litva prezidenti Gitanas Nauseda İsveç və Finlandiyaya çağırış edib. AzVision.az xəbər verir ki, o, hər iki ölkəni vaxt itirmədən NATO-ya üzv olmağa səsləyib.
Prezidentin deyib ki, İsveçlə Finlandiyanın təşkilata üzv olması Baltikyanı ölkələrin təhlükəsizlik vəziyyətini yaxşılaşdıracaq.

Xatırladaq ki, hər iki ölkənin tezliklə alyansa üzv olacağı ilə bağlı fikirlər səsləndirilir. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması Avropanın şimalında sabitlik üçün mənfi nəticələr verəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti