Rusiyada bloklanan Azərbaycan saytlarına Qərbdən dəstək
"Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirilib. Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyası və başqa bir sıra qurumlar Azərbaycan jurnalistlərinin müraciətinə müsbət reaksiya verərək, Rusiya tərəfindən atılan addımı pislədilər. Azərbaycan jurnalist təşkilatlarının müraciətini öz saytlarında yerləşdirərək həmrəylik nümayiş etdirdilər. Xəbərin bu saytlarda yerləşdirilməsi imkan yaratdı ki, bütün dünya ictimaiyyəti mövzu üzrə məlumat alsınlar”, - Müşfiq Ələsgərli qeyd edib.
Qeyd edək ki, Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin ( “Oxu.az”, "Haqqin.az", "Minval.az", “Musavat.com” və s.) Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor) tərəfindən bloklanması ölkənin media ictimaiyyətində haqlı etiraz doğurub. Azərbaycanın 10-a yaxın jurnalist təşkilatı Azərbaycan media ictimaiyyətinin bu yöndə etirazlarını ümumiləşdirərək martın 28-də etiraz bəyanatı ilə çıxış edib. Rusiyanın əlaqədar dövlət qurumlarına müraciət edərək bu yanlış qərarın aradan qaldırılmasına çağırmışdılar. Həmçinin, milli jurnalist təşkilatları beynəlxalq statuslu media qurumlarına müraciət edərək, faktın pislənməsi üzrə həmrəylik nümayiş etdirməyə çağırıblar.
Teqlər: