Ukraynada 9-cu gürcü döyüşçü həlak olub

Ukraynada 9-cu gürcü döyüşçü həlak olub
  16 Aprel 2022    Oxunub:1215
Ukraynada bu gün gedən döyüşlərdə üç gürcü döyüşçü - Arkadi Kasradze, Zaza Bitsadze və Alik Tsava da həlak olublar.
AzVision.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı səfirliyindən bildirilib.

Diplomatik nümayəndəlik həlak olanlarla bağlı başsağlığı verib. “Qəhrəmanlar heç zaman ölmür”, - səfirlikdən qeyd edilib.

Bununla da indiyədək Ukraynada müharibədə həlak olan gürcü könüllülərinin sayı 9-a çatıb.

AzVision.az



Teqlər: Ukrayna   Gürcülər  



Xəbər lenti