Ərdoğan “TRT”-nin “nurçu”larla bağlılığını araşdırır

Ərdoğan “TRT”-nin “nurçu”larla bağlılığını araşdırır
  16 Aprel 2014    Oxunub:1176
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan “TRT” kanalının paralel dövlətlə bağlılığını araşdırmaq üçün göstəriş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmaya səbəb “TRT”-nin paralel dövlətlə bağlı olması ilə bağlı Ərdoğana gələn şikayətlərdir.

Baş nazirin göstərişi ilə Baş Nazirliyin Təftiş Qurumu araşdırmaya başlayıb.

Şikayətə görə, “TRT” kanalında işə qəbuldan başlayaraq, xarici ölkələrə göndərilən müxbirlərə qədər hamısı paralel dövlətin nəzarətindədir. Eyni zamanda kanalın xaricə təhsil üçün göndərdiyi şəxslər də paralel dövlət müəyyənləşdirir.

Bundan əlavə, Baş Nazirliyin Təftiş Qurumu “TRT”-nin xərclədiyi vəsaiti də incələyəcək və hesabatı baş nazirə təqdim edəcək.

Sevinc


Teqlər:  





Xəbər lenti