"Putin öz kiçik dünyasında yaşayır" - Nehammer
"Özünün kiçik dünyasında olan Putin hazırda Ukraynada nə baş verdiyini bilir. O, müharibədə qalib gələcəyinə inanır", - Avstriya rəsmisi bildirib.
Xatırladaq ki, Karl Nehammer və Vladimir Putin Moskvada Kremlin mülkiyyətində olan bağ evində görüşüblər. Söhbət köməkçilər, tərcüməçilər və media nümayəndələri olmadan saat yarım davam edib.
Söhbətin əsas mövzusu Ukraynada fevralın 24-də səhər tezdən başlayan müharibə olub.
Avstriya kansleri bildirib ki, Putinlə söhbət “çox sərt və açıq şəkildə” olub və ən mühüm mesaj ondan ibarətdir ki, Ukraynada müharibə bitməlidir. Çünki hər müharibədə hər iki tərəf uduzur. Həmsöhbətlər bir-birinin əlini sıxmayıblar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


