Rusiya Xarkovun mərkəzini atəşə tutub: Ölənlər var + VİDEO

   Rusiya Xarkovun mərkəzini atəşə tutub:    Ölənlər var + VİDEO
  17 Aprel 2022    Oxunub:879
Rusiya ordusu Xarkovun mərkəzi hissəsini atəşə tutub, ölənlər və yaralılar var. “Suspilne”nin məlumatına görə, hücumlar saat 13:30 və 14:00 radələrində baş verib. Rusiya hərbçiləri şəhərə çoxsaylı reaktiv yaylım atəşi açıb.
Regional Hərbi Administrasiyanın Səhiyyə Departamentinin direktoru Maksim Xaustov bldirib ki, saat 15:00-a olan məlumata görə, 5 ölü və 13 yaralı var.

Yaşayış və inzibati binalara ziyan dəyib, yanğınlar başlayıb. Xilasedicilər atəşə tutulan yerlərdə işləyirlər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti