Ukraynanın şərqində şiddətli döyüşlərin olacağı proqnozlaşdırılır

   Ukraynanın şərqində şiddətli döyüşlərin olacağı proqnozlaşdırılır
  17 Aprel 2022    Oxunub:1091
Ukrayna prezidentinin ofisi ölkənin şərqində şiddətli döyüşlərin olacağını proqnozlaşdırır. Lakin yerləşdirilən rus qoşunları mühasirəyə almaq üçün kifayət etməyəcəyini qeyd edir.
Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, buna baxmayaraq, Ukrayna qüvvələri artıq ərazidə hərəkətə başlayıb. Onun sözlərinə görə ağır döyüşlər olacaq.

Arestoviç vurğulayıb ki, ən böyük təhlükə Xarkov, Kramatorsk və Slavyanskda mülki əhalini gözləyir.
O, Xarkov sakinlərinə çox diqqətli olmağı tövsiyə edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti