"Rusiyanın defoltu zaman məsələsidir"

   "Rusiyanın defoltu zaman məsələsidir"
  17 Aprel 2022    Oxunub:1103
Qərbin sanksiyaları getdikcə daha çox Rusiya iqtisadiyyatına zərbə vurur və defoltun olması zaman məsələsidir.
AzVision.az xəbər verir ki, bunu "BILD am Sonntag" qəzetinə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

"Həftəbə həftə sanksiyalar Rusiya iqtisadiyyatına daha da çox ziyan vurur: Rusiyaya malların ixracı 70 faiz azalıb. Yüzlərlə iri şirkət və minlərlə mütəxəssis ölkəni tərk edib, Rusiyada ÜDM, cari proqnozlara görə, 11 faiz azalacaq. Rusiyada dövlətin iflası zaman məsələsidir", - deyə U. fon der Lyayen deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti