|
| Zaporojyedə ferma "Toçka-U" ilə vurulub - VİDEO |
Onun sözlərinə görə, Rusiya artilleriyası Ukrayna qoşunlarının xeyli sayda obyektini zərərsizləşdirib.
- Gecə ərzində Rusiya artilleriya bölmələri Ukrayna qoşunlarının 315 obyektinə hücum edib. 18 komanda məntəqəsi, 22 artilleriya batareyası, OSA-AKM zenit-raket kompleksi, həmçinin düşmənin 275 istehkamı və canlı qüvvəsinin cəmləşdiyi ərazilər vurulub, - Konaşenkov brifinqdə söyləyib.
Qeyd edilir ki, bundan əlavə, gecə saatlarında Ukraynanın on altı hərbi obyekti, o cümlədən beş komanda məntəqəsi, yanacaq anbarı və üç sursat anbarı da daxil olmaqla xeyli sayda mühüm obyektlər havadan yüksək dəqiqlikli raketlərlə sıradan çıxarılıb.
Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri havada üç Ukrayna təyyarəsini, iki MiQ-29 və bir Su-25-i, həmçinin 11 pilotsuz təyyarəni vurublar.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


