Qırğızıstan Prezidenti sabah Bakıya gəlir
Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev bildirib ki, dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər. Səfər Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanmasının 25 illiyi ərəfəsində baş tutacaq.
AzVision.az
Teqlər: Qırğızıstan







Vaxtında, Aydın, Lazımlı!


