Lukaşenkonu müalicə edən həkimi saxlanıldı

   Lukaşenkonu müalicə edən həkimi saxlanıldı
  18 Aprel 2022    Oxunub:939
Belarusda 30-dan çox ortoped həkim korrupsiyada ittiham olunur, onların arasında ölkə Prezidenti Aleksandr Lukaşenkonun həkimlərindən biri də var.
AzVision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, saxlanılanlar restoranlarda xarici şirkətlərin nümayəndələrindən zərflərdə külli miqdarda pul alıblar və axtarış zamanı onların bəzilərində 300-650 min avro olduğu məlum olub.

Prezident qeyd edib ki, bu iş bir neçə il əvvəl başlayıb və bu əməliyyatın gedişinə şəxsən nəzarət edib: "Bu gün başlamadı, dünən başlamadı. Mən səhiyyə nazirinə bununla bağlı xəbərdarlıq etdim. Amma bu gün 35 nəfər saxlanılıb. Təəssüf edirəm ki, onlardan biri məni müayinə və müalicə edib. Amma qanun, qanundur”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Lukaşenko  



Xəbər lenti