Medvedçuk Putinlə Zelenskiyə müraciət etdi - VİDEO

   Medvedçuk Putinlə Zelenskiyə müraciət etdi -    VİDEO
  18 Aprel 2022    Oxunub:789
Ukrayna Təhlükəsizlik Xidməti həbsdə olan Rusiyayönümlü partiyanın lideri Viktor Medvedçukun yeni videosunu yayıb. AzVision.az xəbər verir ki, videoda Medvedçukun Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinə müraciəti əks olunub.
O Mariupoldakı yerli sakinlər və burada mühasirədə qalmış Ukrayna hərbçiləri ilə dəyişdirilməsini xahiş edir.

Medvedçuk müraciətində silahı yerə qoymaqdan imtina edən ukraynalı hərbçiləri, Mariupolun müdafiəçiləri adlandırıb.
O, həmçinin humanitar dəhlizlər vasitəsilə Mariupoldan çıxış yolunun olmadığını iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti