Ukraynanı 4,8 milyondan çox insan tərk edib

   Ukraynanı 4,8 milyondan çox insan tərk edib
  18 Aprel 2022    Oxunub:959
Hərbi əməliyyatlar başlayandan indiyədək 4 894 668 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb. Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. Belə ki, fevralın 24-dən aprelin 17-dək Rusiyaya 484 725 qaçqın, Polşaya 2 780 913, Rumıniyaya 743 880, Macarıstana 461 539 qaçqın gəlib.

AzVision.az



Teqlər: BMT   Ukrayna  



Xəbər lenti