"Təhdid görsək, İsrailin mərkəzinə zərbə endirəcəyik" - Rəisi

   "Təhdid görsək, İsrailin mərkəzinə zərbə endirəcəyik" -    Rəisi
  18 Aprel 2022    Oxunub:866
Əgər İran özünə qarşı kiçik təhlükə görərsə, İsrailin mərkəzi bölgələrinə zərbələr endirəcək. AzVision.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi ordu gününə həsr olunmuş paradda çıxışı zamanı deyib.
- İsrail bəzi region ölkələri ilə münasibətləri normallaşdırmağa çalışırsa, o zaman bilməlidir ki, onların heç bir hərəkəti bizim gözümüzdən yayınmayacaq. Əgər İsrail tərəfindən ən kiçik bir səhv belə buraxılsa, dərhal ölkənin mərkəzi bölgələrinə zərbələr endirəcəyik, - Rəisi deyib.

Xatırladaq ki, bir müddət öncə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami İsrail hakimiyyətini ölən İran əsgərlərinin qisasının alınacağı ilə hədələmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  



Xəbər lenti