Fransa səfirliyi Kiyevə qayıtdı

 Fransa səfirliyi Kiyevə qayıtdı
  18 Aprel 2022    Oxunub:811
Fransanın Ukraynadakı səfirliyi yenidən Kiyevə köçüb.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfiri Etyen de Ponsen bildirib. E. de Ponsen “Franceinfo” televiziya kanalına müsahibəsində deyib ki, artıq diplomatik missiya öz işini bərpa edib. Ukraynanın müdafiə naziri ilə görüşdüyünü deyən səfir qeyd edib ki, bu həftənin ortalarında Fransa Mülki Təhlükəsizlik Xidmətinin Ukraynaya humanitar yardım karvanı gözlənilir.

Bununla belə, səfir fransızlara Ukraynaya getməyi hələ də məsləhət görmür. Xatırladaq ki, Fransanın Ukraynadakı səfirliyi fevralın 28-də Kiyevdən Lvova köçürülmüşdü.

AzVision.az


Teqlər: Fransa   Kiyev  



Xəbər lenti