İraqın şimalında 19 terrorçu öldürüldü

İraqın şimalında 19 terrorçu öldürüldü
  18 Aprel 2022    Oxunub:708
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əməliyyat zamanı 4 hərbçi yaralanıb: "Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar", - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: PKK  



Xəbər lenti