Moskva bir neçə bolqar diplomatı ölkədən çıxarır

   Moskva bir neçə bolqar diplomatı ölkədən çıxarır
  18 Aprel 2022    Oxunub:630
Moskva Bolqarıstan səfirliyinin bir neçə əməkdaşını ölkədən çıxarır. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Aprelin 18-də Bolqarıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Atanas Krıstin Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona nazirliyin notası təqdim olunub”, - nazirliyin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, görülən bu tədbir Bolqarıstan tərəfinin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin on diplomatını persona non-qrata elan etmək barədə əsassız qərarına cavabdır.

Qeyd edək ki, Rusiya fevral ayında Ukraynaya qarşı müharibəyə başladığı üçün bir sıra Qərb ölkələri Moskvaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edir. Bu cür təzyiq metodları arasında rus diplomatların arzuolunmaz şəxs elan edilməsi də var.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti