Rumıniya Qara dənizdən qaz çıxaracaq

   Rumıniya Qara dənizdən qaz çıxaracaq
  18 Aprel 2022    Oxunub:800
Rumıniya bu ilin ortalarında Qara dəniz şelfindəki yataqlardan ilk təbii qazı hasil etməyi gözləyir.
AzVision.az xəbər verir ki, bunu Rumıniya radiosuna müsahibəsində baş nazir Nikolae Çuka deyib.

“Qara dənizdə bizim bu ilin ortalarında ilk qazı almaq imkanımız var. “Black Sea Oil & Gas” tərəfindən artıq investisiya qoyulub, onlar artıq qəbul sənədlərini imzalayıblar və bu layihə vasitəsilə 1 milyard kubmetr qaz vermək imkanı var ”, - deyə o bildirib.

Qərargahı Rumıniyada yerləşən “Black Sea Oil & Gas” şirkəti “Carlyle International Energy Partners” və Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rumıniya  



Xəbər lenti