Argentinalı şoumen 32 yaşlı Martin Tatta dünyanın ən yaxşı at təlimçisi kimi tanınır.
O, şouları zamanı atlarıc sadəcə onların qulağına pıçıldamaqla sakitləşdirir və atlarla oynamağı ilə tamaşaçıların diqqətini cəlb edə bilir. İtlə oynayırmış kimi şou göstərən Tatta Argentinanın paytaxtı Buenos Ayresdə ailəsinin də yaşadığı fermada atların arasında böyüyüb. Uşaqlıqdan atlarla vaxt keçirən Tatta özbaşına at təlimçisi olmağı öyrənib. Hazırda o, dünyanın müxtəlif yerlərindən gələn turistlərə öz atı ilə şou göstərir.
Hazırda Tatta 32 heyvan saxlayır və onlardan 6-sı ilə fısıldamaq nömrəsini tamaşaçılara göstərir.
Bir atın təlimin bir il vaxt sərf edən Martinin sevimli atı Primaveradır.
Tattanın dostu Mara Felises deyir ki, atlar Martinin oyuncaqları idi: “Atlar onun üçün nəqliyyat vasitəsi, oyuncaq, ümumiyyətlə hər şey idi. O, düşünmür ki, bu bacarığı xüsusi hədiyyədir, Martin hesab edir ki, bu təbii haldır”.