Yaponiya Ukraynaya PUA-lar verəcək

   Yaponiya Ukraynaya PUA-lar verəcək
  19 Aprel 2022    Oxunub:968
Yaponiya hökuməti Ukraynaya kimyəvi maddələrdən qoruya bilən xüsusi geyim və maskalar, həmçinin pilotsuz uçuş aparatları şəklində əlavə yardım göstərmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna hökumətinin yeni müraciəti əsasında Ukraynaya kimyəvi maddələrdən mühafizə kostyumları və maskaları, həmçinin pilotsuz uçuş aparatların göndərilməsi qərara alınıb. Müdafiə Nazirliyi və Yaponiya Özünümüdafiə Qüvvələri Ukraynaya maksimum mümkün dəstəyi göstərmək niyyətindədirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, mart ayında Yaponiya Ukraynaya qeyri-öldürücü müdafiə avadanlığı şəklində yardım göndərib. Buraya zirehlər, dəbilqələr, isti geyimlər, çadırlar, kameralar, gigiyena məhsulları, quru yeməklər, özünümüdafiə qüvvələri generatorları daxil idi.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: PUA  



Xəbər lenti