Ukraynanın BTR və tankları Kramatorska girdilər - VİDEO

Ukraynanın BTR və tankları Kramatorska girdilər - VİDEO
  16 Aprel 2014    Oxunub:1074
Mitinq iştirakçıları onların şəhərin mərkəzinə girməsinə mane olmağa çalışıblar

Ukrayna hökumətinin ölkənin cənub-şərqində anti-terror əməliyyatları davam edir. Ötən gün Slavyanska qoşun yürüdən hökumət, bu gün Kramatorska növbəti hərbi texnika və canlı qüvvə göndərib.

Şəhərdə rusiyameylli özünümüdafiə dəstələri tankların şəhərin mərkəzinə girməsini önləməyə çalışırlar da buna mane ola bilməyiblər.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlarda DİN-in xüsusi təyinatlıları, “Omeqa” və “Alfa” xüsusi bölmələri iştirak ediblər.

Xatırladaq ki, Kramatorskdakı hərbi aerodrom uğrunda mübarizədə Daxili İşlər Nazirliyi hökumət qüvvələri arasında ölən və ya xəsarət olmadığı bildirsə də, azı 10 hökumət əleyhdarı ölüb.





Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti