"2 raket və 1 MİQ-29 vurmuşuq" - Rusiyalı general
Bundan başqa, Marinka, Kamenka, Semenovka və Siniçino yaşayış məntəqələri ərazilərində 4 pilotsuz uçuş aparatı da sıradan çıxarılıb.
Generalın sözlərinə görə, dünən gecə Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna qoşunlarının 13 dayaq məntəqəsini, eləcə də canlı qüvvə və hərbi texnikanın toplandığı ərazini vurub.
- Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 60 hərbi obyektinə zərbələr endirib. Çervonaya Polyana və Balakleya yaşayış məntəqələri ərazilərində "Toçka-U" taktiki raketlərinin döyüş başlıqlarının saxlanılması üçün nəzərdə tutulan iki anbar məhv edilib, - Konaşenkov deyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


