Kabildə partlayışlarda 25 nəfər ölüb

 Kabildə partlayışlarda 25 nəfər ölüb
  19 Aprel 2022    Oxunub:1266
Əfqanıstanın paytaxtı Kabilin qərbində törədilən iki partlayış zamanı azı 25 nəfər ölüb.
AzVision.az “Pajhwok” agentliyinə istinadən xəbər verir ki, partlayışlardan biri təhsil mərkəzi, digəri isə məktəb yaxınlığında baş verib. “Taliban” hərəkatının formalaşdırdığı təhlükəsizlik idarəsinin nümayəndəsi Xalid Zardan şəhərin qərbində yerləşən təhsil müəssisələrində üç partlayışın baş verdiyini bildirilib.

Məktəblərdən birinin yaxınlığında əl qumbarası partladılıb. Orada ən azı beş nəfər yaralanıb. Qeyd olunur ki, partlayışlar şagirdlər məktəb binasından çıxarkən baş verib. Digər partlayışların səbəbləri barədə hələlik məlumat yoxdur.

AzVision.az


Teqlər: Kabil  



Xəbər lenti