Yunanıstan Rusiyanın neft tankerini saxlayıb

Yunanıstan Rusiyanın neft tankerini saxlayıb
  19 Aprel 2022    Oxunub:1469
Yunanıstan hakimiyyəti Euboea adasının yaxınlığındakı Karistos körfəzində Rusiya bayrağı altında 19 rus dənizçisinin olduğu Pegas tankerini saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) məlumat yayıb. Qeyd olunub ki, Pegas tankeri liman rəhbərliyinin qərarı ilə Karistos buxtasında lövbər salıb. Müvafiq qərarı Aİ və NATO-nun Rusiyanın maraqlarını təmsil edən gəmilərə qarşı tətbiq etdiyi sanksiyaların icrası kontekstində Cinayət Fəaliyyətindən Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Yunanıstan İdarəsi verib.

Mexanik zədələnmə səbəbindən tankeri Peloponnes yarımadası istiqamətində yedək gəmisi müşayiət edib, orada neft başqa tankerə doldurulmalı idi, lakin əlverişsiz hava şəraiti səbəbindən gəmi Karistos yaxınlığında lövbər salıb. Qurumun məlumatına görə, saxlanılma tələbi onun yükünə deyil, yalnız gəmiyə aiddir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft   Tanker  



Xəbər lenti