Rusiyanın yeni itkiləri açıqlandı - 20,8 min hərbçi, 169 təyyarə, 150 helikopter

Rusiyanın yeni itkiləri açıqlandı    - 20,8 min hərbçi, 169 təyyarə, 150 helikopter
  19 Aprel 2022    Oxunub:885
Ukrayna Rusiyanın yeni müharibə itkilərini açıqlayıb. AzVision.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı məlumata görə, son döyüşlər zamanı daha bir neçə yüz hərbçi öldürülüb.
"Aprelin 19-na olan məlumata görə, ölkəmizdə təxminən 20,8 min işğalçı məhv edilib. Ümumilikdə 802 tank, 2063 zirehli döyüş maşını, 386 artilleriya sistemi və 67 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Bundan əlavə, 169 təyyarə, 150 helikopter, səkkiz gəmi və ya qayıq, 158 əməliyyat-taktiki pilotsuz uçan aparat da məhv edilib", -yerli media yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti