"Ərdoğan Putin və Zelenski ilə danışacaq" - Çavuşoğlu

   "Ərdoğan Putin və Zelenski ilə danışacaq" -    Çavuşoğlu
  19 Aprel 2022    Oxunub:744
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
- Ukraynada davamlı atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk. Prezident Ərdoğan liderlərlə telefon danışıqları planlaşdırır, mən də həmkarlarımla fəal danışıqlar aparıram, - Çavuşoğlu deyib.

Xatırladaq ki, martın 29 - da İstanbulda Rusiya-Ukrayna danışıqları keçirildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti