Ukraynaya növbəti dəfə "İskəndər" atılıb - VİDEO

   Ukraynaya növbəti dəfə "İskəndər" atılıb -    VİDEO
  19 Aprel 2022    Oxunub:1122
Rusiya Müdafiə Nazirliyi "İskəndər"dən istifadəyə dair növbəti dəfə video yayıb. AzVision.az xəbər verir ki, nazirlik bu təhlükəli silahla Ukraynanın hərbi infrastrukturuna zərər vurduğunu bəyan edib.
"İskəndər" əməliyyat-taktiki kompleksindən raketinin buraxılışını əks etdirən kadrlarda ekipajın döyüş tapşırığını yerinə yetirməsi də əks olunub.

Qeyd edək ki, “İskəndər” kompleksi 500 kilometrə qədər atəş məsafəsinə malik yüksək dəqiqliyə malik silahdır. Raketin döyüş başlığı demək olar ki, istənilən hədəfi məhv edə bilir. Düşmənin komanda məntəqələri, texnika kolonları, hava hücumundan müdafiə sistemləri və s.

“İskəndərlər”in iki növü var – qanadlı və ballistik raketlər. Birincisi aşağı hündürlükdə uçur, manevr edə bilər. İkincisi stratosferə qalxır, aydın trayektoriya ilə hərəkət edir və qəfil zərbə endirir. Hər iki raket riyazi dəqiqliklə vurur.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   İskəndər  





Xəbər lenti