Paşinyan Putinlə səmərəli danışıqlara ümid edir

Paşinyan Putinlə səmərəli danışıqlara ümid edir
  19 Aprel 2022    Oxunub:860
Bu gün Moskvaya gedən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə məhsuldar danışıqlara ümid etdiyini deyib.
- Regionumuzda əsas siyasi məsələ "Qarabağ problemi"nin həllidir. Əminəm ki, bu gün biz bu barədə də danışacağıq. Mənim səfərimin çox gərgin gündəliyi var. Lakin gündəliyin böyük hissəsi bu danışıqlarla bağlıdır. Əminəm ki, bizim məhsuldar danışıqlar aparmağımız mümkün olacaq, - Paşinyan deyib.

Qeyd edək ki, Paşinyanı səfərdə Baş nazirin müavini Mger Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə və təhsil nazirləri Karen Adreasyan və Vaqram Dumanyan, həmçinin parlament sədrinin müavini Akop Arşakyan müşayiət edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti