|
| Putin və Paşinyan hərbi əməkdaşlığın səviyyəsindən razıdır |
"Liderlər Moskva və İrəvan arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində, o cümlədən bioloji təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə 2021-ci il 6 may tarixli anlaşma memorandumu əsasında əldə edilmiş razılaşmaların gələcəkdə də həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Təsdiq edilib ki, biotəhlükəsizlik sahəsində bir-birinin maraqlarına qarşı yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi üçün hər iki dövlətin əraziləri üçüncü ölkələrin istifadəsinə verilməyəcək", - bəyanatda deyilir.
Bundan başqa, ikitərəfli görüşdə danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə də razılığa gəlinib.
"Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, - bəyanatda deyilir.
Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıblar:
Tərəflər, həmçinin regionun ölkələri arasında dialoqun və çoxşaxəli əməkdaşlığın təşviqi üçün əlavə imkanlar təmin etmək üçün nəzərdə tutulmuş 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığını qeyd ediblər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


