Finlandiya Kiyevə hərbi yardım göstərəcək

Finlandiya Kiyevə hərbi yardım göstərəcək
  19 Aprel 2022    Oxunub:1055
Finlandiya Ukraynaya dəstək olaraq əlavə müdafiə ləvazimatı göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, müvafiq qərar hökumətin təklifi əsasında ölkə Prezidenti tərəfindən verilib.

Sözügedən yardımın nədən ibarət olması, çatdırılma qaydası və vaxtı açıqlanmır.

Əlavə yardımlar əsnasında Ukraynanın ehtiyacları və Finlandiya Müdafiə Qüvvələrinin ehtiyatları nəzərə alınıb. Rusiyanın hücumundan sonra Ukrayna Avropa İttifaqı və NATO üzv ölkələrinə yardım üçün müraciət etmişdi.

AzVision.az



Teqlər:



Xəbər lenti