Azərbaycan və Estoniya XİN başçıları məktublaşıb
Məktubda, həmçinin ənənəvi dostluq və qarşılıqlı anlaşma kimi möhkəm təməli olan və beynəlxalq hüquq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin qarşıdan gələn illərdə daha da inkişaf edəcəyinə dair inam ifadə olunub.
Öz növbəsində, nazir Eva-Mariya Liimets ölkələrimiz arasında əməkdaşlığın son 30 ildə inkişaf etdiyini bildirərək, ali təhsil və informasiya texnologiyaları sahələrində əməkdaşlıqda əldə olunmuş nailiyyətləri xüsusilə vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda gücləndirilmiş təhlükəsizlik və daha geniş regional əməkdaşlığa yönəlmiş səylərinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən nazir, Estoniyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Nazir, ikitərəfli gündəlikdə olan bütün başlıca məsələlər üzrə əməkdaşlığın daha da irəli gedəcəyinə dair inam ifadə edib.
Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.
AzVision.az
Teqlər: XİN







Vaxtında, Aydın, Lazımlı!


