Bursada avtobusa bomba qoyuldu, ölən və yaralılar var

   Bursada avtobusa bomba qoyuldu,    ölən və yaralılar var
  20 Aprel 2022    Oxunub:1026
Türkiyənin Bursa şəhərində yerli istintaq təcridxanasının əməkdaşlarını daşıyan avtobusda partlayış baş verib.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb. Bursa valisi Canbolat bildirib ki, həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.

AzVision.az



Teqlər: Bursa  



Xəbər lenti