Ukraynada yaralanan uşaqların sayı artır

   Ukraynada yaralanan uşaqların sayı artır
  20 Aprel 2022    Oxunub:698
Ukrayna müharibəsinin qurbanına çevrilən uşaqların sayı artmaqdadır. AzVision.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, müharibə başalayandan bəri 373 uşaq yaralanıb.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 578-dən çox uşaq zərər çəkib. Aprelin 20-i səhər saatlarına olan məlumata görə, ölən uşaqların rəsmi sayı dəyişməyib - 205. Yaralıların sayı isə artıb - 373”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu məlumatlar yekun xarakter daşımır, çünki hüquq-mühafizə orqanları əməkdaşlarının müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatları aparılan yerlərdə tam operativ şəkildə fəaliyyət göstərə, araşdırmalar apara bilmirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti