Rusiyalı general Ukraynanın yeni itkilərini açıqladı - VİDEO

 Rusiyalı general Ukraynanın yeni itkilərini açıqladı -  VİDEO
  20 Aprel 2022    Oxunub:750
Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası bir gecədə Ukraynanın 73 hərbi obyektini vurub. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov briffinq zamanı deyib.
O qeyd edib ki, vurulan obyektlər arasında dörd komanda məntəqəsi, 57 canlı qüvvə və Ukrayna hərbi texnikalarının toplandığı yer, yeddi dayaq məntəqəsi və dörd sursat anbarı, altı tank, doqquz zirehli maşın və 152 mm-lik Msta-B haubitsalarının batareyası da var.

"Ölkəmiz üçün həlledici döyüşlər başlayıb" - Ukrayna Müdafiə Nazirliyi
Konaşenkov həmçinin qeyd edib ki, Rusiya ordusu gün ərzində Ukraynada mindən çox hərbi obyekti vurub.

- Raket qüvvələri və artilleriya Ukrayna hərbi infrastrukturunun 1053 obyektinə hücum edib. Onların arasında 31 komanda məntəqəsi, 6 yanacaq-sürtkü anbarı, 910 dayaq məntəqəsi və düşmən canlı qüvvəsinin cəmləşdiyi ərazilər, həmçinin artilleriya qurğularının 106 atəş mövqeyi var,- general deyib.

Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri iki “Toçka-U” taktiki raketini və altı pilotsuz təyyarəni vurub.


- Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 140 təyyarə, 496 pilotsuz uçuş aparatı, 253 zenit-raket kompleksi, 2388 tank və digər zirehli döyüş texnikası, 256 reaktiv yaylım atəşi sistemi, 1029 səhra artilleriya silahı və minaatan, o cümlədən 2232 ədəd xüsusi hərbi avtomobil məhv edilib, - Konaşenkov yekun statistikanı təqdim edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   General  



Xəbər lenti